Təhsil könüllüsü olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
Təhsil könüllüsü olmaq istəyənlərin nəzərinə!
Bölmə:Elanlar 1843 dəfə oxunub
05.03.2016

Əziz gənclər!
Nəhayət ki, çoxdan gözlədiyiniz elan! Təhsil Nazirliyinin elektron resursların təbliği üçün yaratdığı mobil qrup olan "Təhsil Könüllüləri"nə yeni könüllülərin qəbuluna start verildi.
Şərtlərimiz çox sadədir. Təhsil Könüllüləri ailəsinin üzvü olmaq üçün aşağıdakı tələblərə cavab verməyiniz kifayətdir. Əgər Siz :
1. Tələbəsinizsə,
2. Həftəiçi ən azı 2 gün, hər birində 3 saat boş vaxtınız varsa,
3. Azərbaycan və Rus dillərində danışa bilirsizsə
4. Müəllim və şagirdlərlə işləməyi sevirsinizsə,
5. Bu işə qoyacaq könlünüz və zamanınız varsa...
O zaman aşağıdakı hiperlinkə keçid alıb müraciət formasını doldurun.
6-13 mart - Müraciətlərin qəbulu
14-16 mart - İntervyu
17-18 mart - "Təhsil Könüllüsü" adını qazananların adlarının açıqlanması

QEYDİYYAT

Təhsilə, elmə, biliyə dəstək verən bu cür, xəbərləri, məlumatları paylaşmaqda biganə olmayaq. Paylaşaq ki, bir az da təhsil trend olsun, hər kəs təhsildən danışsın, hər kəs təhsilli olsun.

#ederslik #etest #Tehsil_Konulluleri #stepbystep
P.S. Unutmayın, yaxşılıq etmək asandır, 5 saniyə vaxtınızı ayıraraq paylaşdığınız bir məlumat kiminsə 5 ildən sonrakı həyatına təsir edəcək qədər önəmli ola bilər.