“Bank of Baku” UNEC tələbələri üçün təcrübə proqramını elan edir | Təhsil Elanları
“Bank of Baku” UNEC tələbələri üçün təcrübə proqramını elan edir
Bölmə:Elanlar 1082 dəfə oxunub
03.03.2016

“Bank of Baku” ASC Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində İnsan resurslarının idarə edilməsi (HR) üzrə təcrübə proqramını elan edir. Proqram ödənişsizdir və 2 ay müddətində keçiriləcək. Təcrübə ilə əlaqədar seçim meyarları aşağıdakı kimidir:

III və IV kursun xanım tələbələri;
Ünsiyyət qabiliyyəti;
Sosial aktivlik;
HR sahəsinə xüsusi maraq.
Təcrübə proqramında iştirak etmək istəyən tələbələr CV-lərini karyera@aseu.edu.az elektron poçtuna göndərməlidir. Elektron poçtun “subject” bölməsində “HR-proqram” sözü yazılmalıdır. CV-lərin son qəbul tarixi 7 mart 2016-cı il tarixinədəkdir.

Qeyd: UNEC ilə “Bank of Baku” ASC arasında 20 noyabr 2014-cü il tarixində əməkdaşlıq haqqında çərçivə razılaşması imzalanıb. Razılaşmanın məqsədi bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, müəllim və tələbələrin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.