Sadəcə BDU Tələbələrinin Başa Düşəcəyi 8 Şey | Təhsil Elanları
Sadəcə BDU Tələbələrinin Başa Düşəcəyi 8 Şey
Bölmə:Xəbərlər 1567 dəfə oxunub
28.02.2016

Bakı Dövlət Universiteti və ya qısaca BDU  Azərbaycanın ilk və ən böyük universitetidir. 1919-cu ildə yaradılmış bu böyük təhsil ocağı artıq bir əsrə yaxındır ki, müxtəlif sahələrdə peşəkarlar hazırlayır. Əlbəttə, bu qədər uzun illər ərzində fərqli koloritlərdə minlərlə məzuna məskən olan təhsil ocağının da hər universitetdə olduğu kimi öz nostalgiyası və yaddaqalan özəllikləri var. Bunlar elə şeylərdir ki, hər bir tələbə və məzun üçün xüsusidir və yalnız bu universitetdə oxuyanların başa düşəcəyi şeylərdir.

Sadəcə BDU tələbələrinin anlayacağı 8 məqamı təqdim edirik:

Giriş və mühafizəçilər

12392036_10153235341248053_8072636981502616288_n

Universitetdə baş verən hər şeydən xəbəri olan insanlar: hər gün gördüyümüz, universitetə girəndə də ilk salamladığımız mühafizəçilər. Tələbə biletini unutduqda içəri girə bilmək üçün bu insanlarla aranızdakı münasibəti isti saxlamağa çalışmalıydınız. Əks halda, heç bir şansınız yoxdur.

Pepsi kafesi

12736528_735028893301082_2017481565_o

BDU-da oxuyanların ən çox üz tutduğu kafe. Bu universitetdə oxuyub da, orada oturmayan tələbə çox az tapılar, xüsusilə də oğlan tələbələr arasında. Tələbələrin bu sevimli məkanında bir stəkan çayın qiyməti 10 qəpik, bütün çaydan isə  20 qəpik olması faktı onu bu qədər aktual edib.  Hə, bir də əlbəttə ki, 60 qəpiklik hamburger və kiçik pizzaları olan məşhur Pepsi kafe!

Böyük Bufet

BDU

Çox təmtəraqlı görünən bu böyük bufet şadlıq saraylarının interyerini xatırladır. Digər Universitetlərdəki bufetlərdən çox fərqləndiyini deməyə ehtiyac yoxdur. Şəklə baxmaq kifayətdir ki, hər şeyi başa düşəsiniz.

Müşfiqin dönəri

12746461_1257253147636144_1297715423_n

BDU ətrafında tələbələrin ən çox getdiyi, 90-cı illərdən günümüzə qədər müştəriləri tələbələr olan Müşfiqin dönəri haqqında hər zaman əfsanələr gəzir. Hətta deyirlər ki, Xanımlar, cənablar, Müşfiqin dönərindən daha dadlı dönər yediyinizi zənn edirsizsə, ya heç dönər yeməmisiz, ya da ki sizin dadbilmə orqanlarınız yaxşı işləmir. Onunla yarışan “Limuzin” və “Böyükfırat”ı da unutmaq olmaz.

Kiosk

11017858_10152651448803053_5083499304347006883_n

Hər tələbənin yolunun düşdüyü kiçik “butka”. Əsas məqsədi qazet satmaq olsa da, daha çox telefon üçün “kontur” və siqaret almaq üçün istifadə edilən köhnə kiosk bu universitetin tələbələri üçün doğma yerdir.

Siqaret tüstüsü

12645021_10153334496718053_4221341480918060831_n

Tənəffüslərdə dəhlizləri basan siqaret qoxusu və tüstüsü illərdir binanın divarlarına çökür. Tüstü və qoxu müxtəlif istiqamətlərdən gəldiyinə görə, izinə düşüb mənbəni müəyyən etmək də çox müşkül məsələyə çevrilib.

 

Rektor və Müəllimlər 

51b725fc056fe55f80e0b0b5dd6f35fb

Son parlament seçkilərində deputatlıq əvəzinə rektorluğu seçməsi ilə təhsil mərkəzinə olan bağlılığını göstərən Abel müəllimin universitet dəhlizlərində gəzdiyi anlar həyəcan və xaosun pik dəqiqələri olur. BDU tələbəsi olub da, o təlaşı yaşamayan insan yoxdur. Müəllimlərlə lift qarşısında üzləşməyin də başqa həyəcanı var idi. Adətən lift onlar üçün işləyirdi, siz isə zəhmət çəkin pillələrlə qalxın.

Əfv və Apelyasiya

12508971_10153305596658053_6390366558934839006_nİmtahanların stresindən isə danışmağa dəyməz. Nəticənizin apelyasiyaya getmək ehtimal var ki, BDU’da apelyasiya qarşısına çıxmaq öz-özlüyündə ciddi hadisə idi. 1-2 bal fərqi ilə kəsilənləri müəllimlər avtomatik əfv etsə də, daha çoxunu rektor Abel müəllimin rəhbərliyində Apelyasiya komissiyası qərar verirdi. Bu stressə keçirənlərdə qalıcı travmalar da meydana gələ bilər.

SİZ DƏ ÖZ UNİVERSİTETİNZLƏ BAĞLI SİYAHI HAZIRLAYIB GÖNDƏRİN, DƏRC EDƏK!

ELAN QƏBULU

pahoo.az