“Parabank”da iş imkanı | Təhsil Elanları
“Parabank”da iş imkanı
Bölmə:İş Elanları 788 dəfə oxunub
18.08.2014

Namizədlər ali təhsilli olmalı (informasiya texnologiyaları sahəsi üzrə təhsil alanlara üstünlük verilir), komandada işləməyi bacarmalıdırlar. Bu sahədə azı 3 illik iş təcrübəsinin olması vacibdir.

Əsas vəzifə öhdəlikləri:
- Proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara və məlumat bazalarına cari xidmət göstərmək və işçilərə daim təlimlər keçirmək.
- Bank proqramlarına yeni istifadəçiləri daxil etmək, onların səlahiyyətlərinin müəyyən edilməsi ilə əlaqədar zəruri işlər görürmək.
- MİS və mühasibatlığın tələblərinə uyğun, bankın bütün strukturlarının müvafiq proqramlarla təmin edilməsindən iştirak etmək.
- MİS şöbəsinin bankdaxili hesabatlarının ötürülməsi üzrə proseslərin maksimum avtomatlaşdırılmasında yeni sifarişləri həyata keçirmək.
- Əsas bank proqramının məlumat bazalarını vaxtaşırı arxivləşdirmək.
- Yeni tətbiqi proqramlar və modulların alınması üzrə tenderlərin təşkilində iştirak etmək.
- Programların və məlumat bazalarının təhlükəsizliyini və icazəsiz istifadədən mühafizəsini təmin etmək , parol siyasətini yerinə yetirmək.
- Müvafiq depatament ilə birgə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosedurlarını hazırlamaq.
- Daxili prosedurlara uyğun bank programına yeni funksiyaların əlavə edilməsini və yeni modulların yaradilmasını(alınmasını) təşkil etmək.
-Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olaraq hesabat formalarını hazırlamaq.
- Milli Banka təqdim edilən hesabatların hazırlanmasının avtomatlaşdılmasını təmin etmək.
Maraqlananlar öz CV-lərini sentyabrın 17-nə qədər gunash.mustafayeva@parabank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifəninb adı qeyd olunmalıdır.