Beyninizi gücləndirəcək 4 gündəlik vərdiş | Təhsil Elanları
Beyninizi gücləndirəcək 4 gündəlik vərdiş
Bölmə:Xəbərlər 1299 dəfə oxunub
28.02.2016

Bəzən olur ki, hansısa vacib qərar qəbul etməli oluruq, lakin ağlımıza heç nə gəlmir. Saatlarla yerimizdə oturub qala, bu problemə bir həll yolu fikirləşib tapmaya bilərik. Təşvişə düşməyə gərək yoxdur. Hər şeyi nəzarət altına götürmək öz əlinizdədir.
 
Robert Susa "İnventHelp" adlı panent bürosunun direktorudur. Kompaniyanın əsas məqsədi işə yeni başlayan tədqiqatçı, kəşfiyyatçı, rəssam və digər peşələrdən olanlara lazımlı köməkləri etməkdir. Bunun üçün də, Robert beyni inkişaf etdirmək mövzusunda xeyli düşünüb, axı beynimizin nə qədər çox şeyə qadir olduğu bir çoxumuza məlumdur. Susa bəzi üsullardan istifadə etməklə ilhamı artırmağın mümkün olduğuna inanır.
 
Sizə işlərinizi daha da sürətləndirəcək və sizə ilham bəxş edəcək 4 faydalı vərdişi təqdim edirik:
 
1. Daha Çox Gəzin
Bütün fiziki məşğələlərin öz müsbət tərəfləri var. Lakin ən yaxşı tərəfdən bizə məlum olanları, uzun qaçışlar və velosiped sürməkdir. Məsələ bundadır ki, bu fəaliyyətlər zamanı beyində neyroplastik adlanın xüsusiyyət işə düşür ki, bu da bir çox itirilmiş fiziki qabiliyyətlərinizin bərpasına kömək edir. Bu fəaliyyətlər yaddaşın gücləndirilməsi, beyində hər hansı bir zədədən sonra bərpanın getməsi və s. kimi çox vacib faydalarla məşhurdurlar. Mütəmadi fiziki işlər sizin şüurunuzu və yaddaşınızı gücləndirəcək, beyninizi sakitləşdirməyə və yeni ideyalar üçün əlverişli şərait yaratmağa kömək edəcəkdir. Mütləq sınayın!
 
2. Özünüzə Məşğuliyyət Tapın
 
Beynimiz daima axtarışdadır. O, müxtəlif yaradıcı həllər tapmağa çalışaraq, əsas funksiyasını yerinə yetirmək üçün yollar axtarır. Bu işdə beyninizə kömək etmək üçün müxtəlif yeni kəşflərə açıq olun. Xarici dil öyrənmək, rəqsə getmək və ya gitara dərsləri almaq buna misal ola bilər. Həftədə ən azı bir neçə saatınızı yaradıcı və sizdən yeni qabiliyyətlər tələb edən fəaliyyətlərə həsr edin. Sizin yeni hobbi əldə etdiyiniz gün, beyniniz üçün əsl bayrama çevriləcək.
 
3. Beyniniz üçün qidalanın
 
Beyninizə də bədəninizdə olduğu kimi müxtəlif faydalı qidalar lazımdır. Bu xüsusilə Omega-3 ilə zəngin olan məhsullar olmalıdır. Bu məhsullar sizin yaddaşınızı möhkəmləndirməyə və beyin funksiyalarınızın daha yaxşı işləməsinə xidmət edir. Omega-3 tərkibli vitaminləri istənilən əczaxanadan əldə edə bilərsiniz. Bundan əlavə yumurta, balıq, göyərtilər, quru meyvələr və ləbləbi sizə  bu işdə kömək edə bilər. Bu məhsullar siz sevimli işinizlə məşğul olarkən, beyninizin daha yaxşı və məhsuldar olmasına səbəb olacaqdır.
 
4. Zehni istirahət üçün zaman ayırın
 
Mütləq müxtəlif meditasiya texnikaları öyrənin. Meditasiya və yoqa sizə gün ərzində beyninizə bir neçə dəqiqəlik də olsa fasilə verməyə kömək edəcək. Unudulmaz Stiv Cobs da uzun illər meditasiya ilə məşğul olub. O deyirdi ki, bu məşğələlər sayəsində sakitləşməyi, intuasiyasını gücləndirməyi, baxışlarını müəyyənləşdirməyi, özünü indiki zamanda və olduğu yerdə hiss etməyi öyrənib.(pahoo.az)