90% İstifadəçilərin bilmədiyi axtarış variantları | Təhsil Elanları
90% İstifadəçilərin bilmədiyi axtarış variantları
Bölmə:Xəbərlər 2433 dəfə oxunub
24.02.2016

Gündəlik internet axtarışlarınızı asanlaşdıracaq imkanlar

Hər gün miyonlarla insan google daxili axtarışlardan istifadə edir. Lakin istifadəçilərin 90-95% google operatorlarından xəbərsizdirlər. Aşağıda 17 əsas və daim lazım olan operatorlar və onların istifadə qaydaları qeyd edilib.

1.Konkret söz forması və ya ifadə axtarışı

Dəqiq ifadə axtarışında dırnaqlardan istifadə etmək lazımdır «». Sözü həmin dırnaqların içərisində yazdığınız zaman google səhifələrdə yalnız bu söz ardıcıllığını axtaracaqdır

«futbol topu»

2.Unutduğunuz sitat axtarışı

Əgər hər hansısa bir sitat və ya məşhur sözləri unutmusunuzsa həmin sitatın yadınızda qalan hissəsini dırnaqlara alın, unutduğunuz sözlərin yerinə isə * (ulduz) simvolu daxil edin və google sizə lazım olan sitatı tapacaq

«Dəmiri * döyərlər»

3.Eyni anda bir neçə sözün axtarılması

Sizə eyni anda bir neçə sözü axtarmaq lazımdırsa bu sözləri vertical slash vasitəsi ilə ayırın

kərpic | beton | qum

4.Eyni cümlədə işlənən fəqli sözlər

& – ampersand operatoru vasitəsi ilə birləşdirdiyiniz sözləri google bir cümlə daxilində axtarır

Yeni Bulvar & Bakı

5.Müəyyən söz vasitəsi ilə konkret ifadə axtarışı

Lazımi sözün qarşısında + yazmağınız yetər. + simvolundan sonra ara olmamalıdır və istənilən qədər müəyyən sözlərdən istifadə edilə bilər

Keçmiş Sahil restoranı +bulvar

6.Axtarılan dokumentdən bəzi sözlərin çıxarılması

Axtarmaq istəmədiyiniz sözün qarşısında – simvolu yazın. Hətta bir neçə sözü belə variantla axtarış nəticələrindən xaric edə bilərsiniz

Batman film -christian -bale

7.Konkret sayt üzərində axtarış

Əgər sizə yalnız bir sayt daxilində axtarış etmək lazımdırsa bu zaman site ( : simvolunu unutmamaq şərti ilə ) operatorundan istifadə etməlisiniz.

cərimə site:dyp.gov.az

8.Fayl tipinə görə axtarış

Tiplərə görə axtarış zamanı mime operatoru dövrəyə girir. Siz sadəcə lazım olan tipi : simvolundan sonra göstərirsiniz və axtarış nəticələri ilə tanış olursunuz

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI mime:pdf

9.Saytlarda konkret dil üzrə axtarış

lang operatoru. Bu vasitə ilə siz axtarış olunacaq saytlarda dil seçimi edə bilərsiniz. Məsələn sizə lazım olan məlumatı yalnız rus dilli saytlarda axtarmaq istəyirsinizsə o, zaman lang:ru qeyd etməlisiniz. İngilis dili – en, fransız dili -fr və s.

Mercedes lang:az

10.Sinonim sözlər üzrə axtarış

Sinonimlər ~ simvolu koməyi ilə qeyd edilir və axtarış nəticələrində siz yalnız qeyd edilmiş sözün sinonimlərini görəcəksiniz

~sağlam yemək -sağlam

11.Sözlərin mənası

Əgər sizə hasısa sözün mənası və açıqlaması lazımdırsa define operatorundan istifadə edin

define:monster

12.Kalkulyator

Sadəcə olaraq sizə lazım olan məbləğləri riyazi üsül ilə yazın və nəticəni əldə edin

115+30

13.Cache səhifələr

Google-un öz serverləri var ki, orada yalnız cache olunmuş səhifələr saxlanılır. Aşağıdakı variant ilə müraciət edə bilərsiniz

caсhe:cluber.com.ua

14.Hava haqqında məlumat

İstənilən ölkə, şəhər və bölgə üzrə hava haqqında məlumatları əldə edə bilərsiniz

weather Baku

15.Tərcüməçi operator

Translate və into operatorları vasitəsi ilə tərcümə etmək imkanı. İstənilən dillər arasında seçim edə bilərsiniz

translate я люблю клубер into italian

16.Şəhərlər üzrə dəqiq saat informasıyası

Çox sadə və qısa yazılış üsul ilə şəhərlər üzrə saat məlumatları

time Baku

17.Valyuta kursları üzrə göstəricilər

Lazım olan valyuta məzənnələri haqqında məlumatı əldə etmək üçün aşağıdakı üsuldan istifadə edə bilərsiniz

1 usd in azn

Eyni üsül ilə çəkilər üzrə göstəricilərədə nəzər sala bilərsiniz

1 kg in lb

Elşad Qurbanov (mobsolutions.az)