Mərkəzi Bank tələbələr üçün İnternatura proqramı elan edir! | Təhsil Elanları
Mərkəzi Bank tələbələr üçün İnternatura proqramı elan edir!
Bölmə:Elanlar 1857 dəfə oxunub
16.02.2016

Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramına qəbula müsabiqə elan edir.

İş təcrübəsi olmayan bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər.

Ümumi iqtisadiyyat;

Kompüter elmləri və informasiya texnologiyaları;

Maliyyə;

Tətbiqi riyaziyyat.

İnternatura 01 iyul-15 sentyabr 2016-cı il tarixlərini əhatə edir. Müraciət anketini doldurmaq üçün Karyera imkanları böməsinə daxil olun. Müraciət anketi 01mart 2016-cı il tarixinədək aktiv olacaqdır.