İqtisad Universitetinin tələbələri üçün Türkiyədə TƏQAÜDLƏ oxumaq imkanı! | Təhsil Elanları
İqtisad Universitetinin tələbələri üçün Türkiyədə TƏQAÜDLƏ oxumaq imkanı!
Bölmə:Xaricdə Təhsil 763 dəfə oxunub
07.02.2016

Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edir.

Proqram çərçivəsində 2016/2017-ci tədris ili üçün tələbə, magistrant və doktorantların mübadiləsi həyata keçiriləcəkdir. Tələbə, magistrant və doktorantlar bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər.

Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcəkdir. Proqramda UNEC-in bütün fakultələrində təhsil alan tələbə, magistrant və doktorantlar iştirak edə bilərlər.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  1. I, II, III kursda təhsil alan tələbələr üçün – minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində);
  2. Magistrant və doktorantlar üçün – minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində);
  3. İngilis dilində təhsil almaq istəyənlər üçün sertifikat (IELTS/TOEFL).

Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri 19 fevral 2016-cı il tarixinə qədər UNEC-in Beynəlxalq əlaqələr departamentinə təqdim etməlidirlər.

Tələb olunan sənədlər:
1. Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
2. Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
3. İngilis və ya türk dili biliyini təsdiq edən sənəd, arayış və ya seritifikat
4. CV
5. Xarici pasportun surəti
6. Tələbə bileti
7. 3×4 şəkil – 2 ədəd

Proqramla bağlı daha ətraflı məlumatı www.mevlana.yok.gov.tr  ünvanından və Beynəlxalq əlaqələr departamentindən əldə etmək mümkündür.

MEVLANA MÜBADİLƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ UNEC İLƏ ƏMƏKDAŞLIQ EDƏN UNİVERSİTETLƏRİN SİYAHISI

Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti, mevlana@asue.edu.az
Telefon: +994 12 492 60 45