“Buta Sığorta” işçi axtarır – 3000 AZN maaş | Təhsil Elanları
“Buta Sığorta” işçi axtarır – 3000 AZN maaş
Bölmə:İş Elanları 1600 dəfə oxunub
02.08.2014

“Buta Sığorta” şirkəti “Satış departamentinin direktoru” vəzifəsinə işə qəbul elan edib. Tehsil.im-ın şirkətə istinadən yaydığı məlumata görə, namizədlər 25-40 yaşlarında, analitik düşüncə qabiliyyətli olmalı, satış texnikalarını, korporativ idarəetmənin prinsipləri bilməli, Azərbaycan və rus dillərində danışmağı bacarmalıdır. İngilis dilini bilənlərə üstünlük verilir. Rəhbər vəzifədə azı 2 illik və yaxud satış sahəsində azı 5 illik iş təcrübəsi olması vacibdir.

Əsas vəzifə öhdəlikləri:
- Departamentin işini təşkil etmək;
- Departament işçilərinin işinin qiymətləndirməsini aparmaq;
- Şöbələrin, filialların satış planının icrasına nəzarət etmək və təmin etmək;
- Satışın artırılması məqsədilə təkliflər vermək;
İş vaxtı həftənin 5 günü tam, şənbə günü isə natamamdır. Əmək haqqı 2-3 min manatdır.

Maraqlananlar öz CV-lərini hr@butasigorta.az elektron poçt ünvanına göndərə bilərlər. Video Cv göndərtmək istəyənlər videocv.az saytında qeydiyyatdan keçdikdən sonra onlayn rejimdə özləri haqqında məlumat verməli, daha sonra məlumat olan linki CV-yə əlavə etməlidirlər.