Tələbələr üçün PULSUZ Qış Məktəbi | Təhsil Elanları
Tələbələr üçün PULSUZ Qış Məktəbi
Bölmə:Elanlar 757 dəfə oxunub
24.01.2016

Qafqaz Universiteti sizi Mühəndislik Tələbələrinin PULSUZ Qış Məktəbi Layihəsinə dəvət edir

Layihənin məqsədi
Azərbaycanda təhsil alan mühəndislik tələbələrinə müasir texnologiyalar haqqında məlumat vermək, təlimlərdə və müxtəlif laboratoriya işlərində iştirakını təmin etmək. Nəticədə tələbələr müxtəlif mühəndislik sahələri ilə əlaqəli son məlumatları əldə edəcək, iştirak edəcəyi laboratoriya və təlimlərdə əldə etdiyi biliyi tətbiq etmə imkanı əldə edəcək.

Tarix və müddəti
Qış məktəbi
5 gün, 01-05 Fevral 2016-cı il
saat 10:00-16:00 arasında keçiriləcəkdir. İştirak pulsuzdur.
Son müraciət tarixi 28 Yanvar 2016-cı il.

Tərkibi
Qış məktəbi seminarlar, laboratoriya işləri və workshoplardan ibarət olacaq. Günün 1-ci yarısında seminarlar keçiriləcəkdir. Seminarlardan sonra tələbələr seminar ilə əlaqəli tətbiqi təlimdə (workshop) iştirak edəcək. İştiraklarına əsasən dəyərləndiriləcəklər.
Laboratoriya işlərinin daha rahat mənimsənilməsi üçün tələbələr qruplara bölünəcəkdir. Müəllim görüləcək təcrübə haqqında məlumat verdikdən sonra tələbələr də təcrübədə iştirak edəcəkdir. Sonuncu gün texniki gəzi, yarış və bağlanış mərasimindən ibarət olacaq. Eyni zamanda iştiraklarına və aktivliklərinə əsasən müxtəlif dərəcəli sertifikatlarla təmin olunacaqdır. İştirakçılar yemək ilə təmin olunacaq. Çay fasilələri təşkil olunacaqdır.

Kimlər iştirak edə bilər
Qış məktəbində Azərbaycan universitetlərinin Mexanika, Neft-Qaz və Kimya ilə əlaqəli olan 2, 3, 4-cü kurs mühəndsilik tələbələri iştirak edə bilər. Akademik qiymət və ya dərs kəsri limiti qoyulmur.

İştirak edə biləcək mühəndislik ixtisasları aşağıda verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, aşağıda sadalananlar nümunə kimi verilmişdir, seçim yalnız adları çəkilən ixtisaslarla məhdudlaşmır.

Mexanika mühəndisliyi
Kimya mühəndisliyi
Sənaye mühəndisliyi
Materialşünaslıq mühəndisliyi
Neft-qaz qurğuları mühəndisliyi
İstilik-energetika mühəndisliyi
Cihazqayırma mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Maşın mühəndisliyi
Təkrar emal və bərpa texnologiyaları mühənsdisliyi
Aviasiya texnikası avadanlıqları istismarı mühəndisliyi
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Petrol mühəndisliyi
Metallurgiya mühəndisliyi
Maşınqayırma

Seçim kriteriyası
Qış məktəbində iştirak etmək istəyənlər ərizə formasını linkə daxil olub doldurmalıdırlar. Ərizə forması şəxsi məlumatlardan və mən bu layihəyə qatılmaqla nə əldə etməyi gözləyirəm adlı esseden ibarət olacaq.

Seçimin 1-ci mərhələsindən keçənlər müsahibəyə dəvət oluncaqlar.

Əlavə məlumat: http://me.qu.edu.az/