İnsan Resursları (HR) üzrə seminar - ÖDƏNİŞSİZ | Təhsil Elanları
İnsan Resursları (HR) üzrə seminar - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 2140 dəfə oxunub
23.01.2016

Barattson sizi İnsan Resursları (HR) üzrə ödənişsiz seminara dəvət edir!
“İnsan Resursları (HR) üzrə ödənişsiz seminar ” 06 Fevral 2016-ci il tarixində saat 19:00-da Barattson ofisində təşkil ediləcək.
Seminarın mövzusu: İnsan resursları və şirkətlərdəki dəyəri.

Seminarın məqsədi:

İştirakçılara insan resursları üzrə ixtisaslaşmağın üstünlüklərini və şirkətlərdə insan resurslarının əhəmiyyətinin artırılması üçün istifadə edilməsi lazım olan yanaşmalar barədə lazımı biliklər verməkdir.

Seminarın tərkibi:
1. İnsan resurslarının idarə edilməsinin müəssisədə rolu
2. Azərbaycanda insan resurslarının vəziyyəti
3. İnsan resurslarının şirkətdə dəyərinin artırılması imkanları və yolları

İştirakçılar: İnsan resursları üzrə ixtisaslaşmaq istəyən şəxslər və İR üzrə mütəxəssislər.

Seminarın müddəti : 2 saat

Seminar zamanı iştirakçılar İnsan Resursları (HR) üzrə təlimçimiz Orxan İsayev ilə təmasda olacaq və ona mövzu üzrə maraqlandıqları sualları verə biləcəklər.

İnsan Resursları (HR) üzrə ödənişsiz seminara növbəti link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
http://goo.gl/forms/5UZZkXpcs4

Qaydalara əsasən sizin gəlişinizi təsdiq etməniz üçün 10 AZN məbləğində ödəniş etməniz lazımdır. Bu ödəniş depozit xarakteri daşıyır və sizin seminara gəldiyiniz təqdirdə sizə geri qaytarılır.

Ödəniş üçün 04 Fevral 2016-cı il tarixində saat 19:00-a kimi ofisimizə yaxınlaşmağınız tələb olunur.
Seminarda yalnız qeydiyyatdan düzgün keçən şəxslər iştirak edə biləcək.
Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!
Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

training@barattson.com
070-205-44-95