Mərkəzi Bank: Bir nəfərə maksimum 1000 dollar satılsın | Təhsil Elanları
Mərkəzi Bank: Bir nəfərə maksimum 1000 dollar satılsın
Bölmə:Xəbərlər 404 dəfə oxunub
31.12.2015

Valyuta mübadiləsi bərpa olundu.
 
Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.
 
Tehsil.im  xəbər verir ki, iri kommersiya banklarından birindən “APA-Economics”ə verilən məlumata görə, AMB banklara valyuta mübadiləsini bərpa etməyi tapşırıb.
 
Lakin məktubda AMB valyuta mübadiləsinə limitin tətbiq edilməsini tövsiyə edib.
 
Maksimum limit hər nəfərə 1000 dollar səviyyəsində müəyyənləşib.
 
“Mərkəzi Bank məktubda bildirib ki, bankların xarici valyuta ilə təminatında heç bir problem yaşanmayacaq. Bu addım valyuta bazarında spekulyasiyaların, əhali arasında isə ajiotajın aradan qaldırılmasına hesablanıb”, - deyə mənbə bildirib.