Bayram günləri görülən işə görə əməkhaqqının ödənilməsi
Bölmə:Xəbərlər 413 dəfə oxunub
Bölmə:Xəbərlər 413 dəfə oxunub
31.12.2015
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
1. əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən
aşağı olmamaqla;
2. əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı
olmamaqla;
3. aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə,
maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq
iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə
maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
4.İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü
işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.