Bakcelldə təcrübə imkanı | Təhsil Elanları
Bakcelldə təcrübə imkanı
Bölmə:Elanlar İş Elanları 1643 dəfə oxunub
12.07.2014

Təcrübə imkanları

Biz niyə Smart Start Təcrübə Proqramını yaratdıq ? 

Minlərlə gənc insan öz karyerasına başlamaq istəyir. İlkin təcrübələri olmadığından onlar hələ də işsizdilər.

Bunu nəzərə alaraq təhsil və peşəkarlıq dünyaları arasında körpü salmaq, akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdırmaq məqsədi ilə Bakcell Smart Start təcrübə proqramını yaratdı.

Bizim məqsədimiz nədir ? 

Bizim məqsədimiz cavanlara aşağıdakı imkanları yaratmaqdır:

  • tələbə və məzunların işə hazırlıq bacarıqlarını inkişaf etdirmək
  • onları iş mühiti ilə tanış etmək
  • praktik təcrübəyə yiyələndirmək

Biz namizədləri necə seçirik və onları necə yerləşdiririk?

Seçim mərhələsi aşağıdakılardan ibarətdir:

  • müraciət formalarının yığımı
  • test və müsahibələr

Seçim mərhələsini uğurla başa vurmuş təcrübəçilərə aşağıdakı imkanlar açılır:

  • daxili qaydalarla tanış olmaq və daxili təlimlərdə iştirak etmək
  • bütün şirkətin iş fəaliyyətini əhatə edən müxtəlif sahələrdə işləmək

Qeyd: Bilik sahəsi və bacarıqlarından asılı olaraq təcrübəçilər Bakcell-in Kadrlar şöbəsi tərəfindən müvafiq şöbələrə yönəldiləcəklər.

Təcrübəçinin mənfəəti nədən ibarətdir?

Təcrübəçi aşağıdakı imkanları əldə edəcək:

  • Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək
  • biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək
  • Bakcell-in peşəkar həyatı ilə tanış olmaq

Təcrübəçi qəbul edən şöbə aşağıdakı sahələrdə effektivliyin artırılması üçün Yönəldici Rəhbər təyin edəcək:

  • öz təhsillərini idarə etmək üçün təcrübəçiləri dəstəkləmək və həvəsləndirmək
  • təcrübəçilərin potensialını aşikar etmək
  • təcrübəçilərin bacarıqlarını inkişaf etdirmək və iş icrasını yaxşılaşdırmaq

Təcrübə proqramının şərtləri nədir?

  • Təcrübə müddəti 2 ay, həftədə 5 tam iş günüdür.
  • Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək.
  • Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Kim müraciət edə bilər?

Təcrübə proqramına 18-25 yaşlı gənclər, tələbələr və ya məzunlar qatıla bilər.

Necə müraciət etmək olar?

Online müraciət üçün:  Namizəd aşağıdakı Online Müraciət formasını qeyd olunan vaxta qədər doldurmaq;

Və yaxud:  career@bakcell.com ünvanına  “ Smart Start” başlığı ilə  müraciət forması göndərmək.