Əmək haqqı artırıldı | Təhsil Elanları
Əmək haqqı artırıldı
Bölmə:Xəbərlər 2248 dəfə oxunub
26.12.2015

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib.

ADİU-nun mətbuat xidmətindən tehsil.im-a verilən məlumata görə, iclasda inzibati işçilərin əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Belə ki, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.