İqtisad universitetində alt qruplarda ödəniş ləğv edilib
Bölmə:Xəbərlər 367 dəfə oxunub
Bölmə:Xəbərlər 367 dəfə oxunub
26.12.2015
İqtisad Universitetində ( ADİU) alt qrupa yazılan tələbələr təhsil haqqından azad edilib.
ADİU-nun mətbuat xidmətindən tehsil.im-ə verilən məlumata görə, 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
Qeyd edək ki, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.