ADİU-nun 85 illik yubileyi qeyd edilib | Təhsil Elanları
ADİU-nun 85 illik yubileyi qeyd edilib
Bölmə:Xəbərlər 263 dəfə oxunub
25.12.2015

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 85 illik yubileyi qeyd edilib.

APA-nın məlumatına görə, universitetin rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi və fəaliyyətindən, iştirak etdiyi beynəlxalq layihələrdən danışıb. 
 
Rektor qeyd edib ki, Azərbaycan İqtisad Universitetinin müəllim potensialını artırmaq qarşıda duran prioritet istiqamətdir. Son illərdə 147 gənc müəllimin işə cəlb olunduğunu diqqətə çatdıran rektor təhsilin keyfiyyətinin artırılması üçün bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb. 
 
Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun 85 ildə keçdiyi yoldan danışıb, universitetin kadr potensialının artırılması, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə diqqət çəkib. 
 
Nazir qeyd edib ki, İqtisad Universiteti Azərbaycanda ali təhsilin inkişafına sanballı töhfə verir və əhatə etdiyi sahənin əsas universitetinə çevrilib.
 
Yubiley tədbirində ADİU-nun 85 illik fəaliyyətini əks etdirən film nümayiş olunub.