BP-də işə götürmə prosesi | Təhsil Elanları
BP-də işə götürmə prosesi
Bölmə:İş Elanları 10242 dəfə oxunub
12.07.2014

Bizim bacarıqlı əməkdaşlardan ibarət olan ailəmizə qoşulmaq istəyirsiniz? Karyeranızı bizimlə qurun. Müsahibəyə dair praktik məsləhətlər, ərizənin göndərilməsi qaydaları da daxil olmaqla işəgötürmə ilə bağlı bütün proseslər barədə öyrənin.

İŞ AXTARIŞI VƏ ƏRİZƏNİN VERİLMƏSİ

İş axtarışı
Siz açar sözlərə, iş kateqoriyalarına və yerləşməyə əsasən iş axtara bilərsiniz. Sizin bacarıq və təcrübənizə uyğun olan bir vəzifə tapdıqdan sonra sizdən bir poçt hesabı yaratmağınız və öz yaratdığınız hesaba daxil olmağınız xahiş olunacaq. Müntəzəm olaraq istifadə etdiyiniz bir poçt ünvanını yazdığınızdan əmin olun, çünki biz sizin ərizəniz ilə əlaqədar olaraq sizinlə məhz bu vasitə ilə əlaqə saxlayacağıq.
Əgər siz özünüzə uyğun olan bir vəzifə tapa bilmirsinizsə, məsləhət görərdik ki, sizə uyğun vəzifələr yarandıqda sizi xəbərdar edə biləcək bir Axtarış Agenti yaradasınız və ya özünüz haqqında rezümeni / CV–ni sistemə daxil edin ki, bizim işəgötürmə təmsilçilərimiz gələcək işlər üçün sizinlə əlaqə saxlaya bilsin.

Siz hər ehtimala qarşı sistemimizdə öz profaylınızı yarada və CV-nizi təqdim edə bilərsiniz. Belə ki, bizim məşğulluq üzrə əməkdaşlarımız məlumat bazamızdakı namizədlər üçün axtarış aparacaqlar; amma daha yaxşı olardı ki, öz bacarıqlarınıza və təcrübənizə uyğun gələn konkret bir vəzifə üçün ərizə verəsəniz, bu, sizə BP-dəki hər hansı vəzifəni tutmaq məqsədi ilə nəzərə alınmağınız üçün daha yaxşı imkan yarada bilər.

Tərcümeyi-hal / CV
Biz sizdən tərcümeyi-hal / CV daxil etməyinizi xahiş edəcəyik. Əgər sizin heç bir CV –niz yoxdursa və ya onu yükləməkdə çətinlik çəkirsinizsə o zaman siz onlayn CV yarada bilərsiniz.

Suallar
Ərizə vermə prosesi zamanı sizin onlayn cavablaya biləcəyiniz bir sıra suallar veriləcək. Bu suallardan bəziləri sizin vəzifə üçün uyğun səriştə və bacarıqlarınızın olduğundan əmin olmaq üçündür. Digərləri isə bizə bütün uyğun hüquqi tələblərə cavab verdiyimiz və öz biznes siyasətimizə uyğun olduğunu müəyyənləşdirməyə kömək edir.
Tərcümeyi-hal / CV formasını doldurduqdan və suallara cavab verdikdən sonra sizin məlumatlarınızı aldığımız barədə elektron məktub göndərəcəyik. 48 saat ərzində sizin bu vəzifə üçün minimum tələblərə cavab verib-vermədiyiniz haqda sizə məlumat verəcəyik.
MÜSAHİBƏ PROSESİ

Müsahibə
Sizin ərizənizə baxmaq üçün altı həftəyə qədər vaxt lazım ola bilər. BP şirkəti olaraq biz bu işdə heç vaxt tələsmirik. Təşkilatımız üçün və müəyyən bir vəzifə üçün uyğun olan düzgün şəxsləri seçdiyimizdən əmin olmaq bizim üçün çox vacibdir. Əgər siz növbəti mərhələyə dəvət olunubsunuzsa, o zaman biz sizdən üzbəüz və ya telefon müsahibəsində iştirak etməyi xahiş edəcəyik. Əgər siz seçilməmişsinizsə biz sizin məlumatlarınızı öz sistemimizdə saxlayacağıq.
Müsahibəyə dair praktik məsləhətlər
BP şirkətinə təqdim etdiyiniz ərizə uğurludursa, siz müsahibəyə dəvət olunacaqsınız. Biz uğur əldə etmək üçün bizə lazım olan bilik və bacarıqlara malik insanların müəyyənləşdirilməsi üçün rəqabətə əsaslanan müsahibələrdən istifadə edirik. Müsahibə prosesi adətən iki – bir saatlıq müsahibələrə bölünür. Bunların hər ikisi üçün sizin müraciət etdiyiniz biznes bölməsindən və ya proqramından müsahibə aparmaq üçün mütəxəssislər cəlb olunur. İşəgötürən menecer adətən ikinci müsahibədə iştirak edir.

Rəqabət əsaslı müsahibə
Sizin müsahibələriniz sizin öz bacarıq və biliklərinizi müəyyən iş şəraitində necə istifadə etməyiniz üzərində cəmlənir. Suallar sizin müraciət etdiyiniz vəzifə üçün əsas aspektlər ilə əlaqədar səriştə barədə məlumatlar əldə etmək üçün tərtib olunur. Biz sizin bacarıqlarınızın işin tələblərinə nə dərəcədə uyğun olub-olmadığını görmək istəyirik. Hər bir sual üçün müsahibə aparanlar sizdən şərait və ya tapşırıq barədə müəyyən misallar göstərməyinizi xahiş edəcəklər. Bundan başqa, sizdən fəaliyyətiniz və ya əldə etdiyiniz son nəticələr barədə daha ətraflı məlumat əldə etmək üçün cavablarınıza aydınlıq gətirmək xahiş oluna bilər.
Müsahibə eyni zamanda sizin bacarıqlarınız barədə bizə daha ətraflı məlumat əldə etmək imkanı verir. Məsələn, təsir edə bilmə bacarıqlarınız və əhatə dairənizlə bərabər biz sizin ünsiyyət vərdişlərinizi də öyrənmək istəyirik. Üzbəüz müsahibə bizə çox dəyərli işçi ola bilən namizədləri müəyyən etməkdə kömək edir.

Sizdən iki müsahibədə iştirak etmək xahiş olunursa, onlardan biri ehtimal ki, vəzifənin texniki aspektləri ilə əlaqədar olacaqdır. Digər müsahibə daha çox davranış səriştəsi və sizin işə münasibətiniz barədə olacaq.

Hazırlıq
Müsahibəyə hazırlaşmaq üçün ən yaxşı yollardan biri vəzifə təlimatında sadalanan səriştəliliklə münasibətdə sizin hazırkı və keçmiş vəzifələrinizdə necə fəaliyyət göstərdiyinizi təhlil etməyinizdir. Həmin səriştəliliyə uyğun olan iş təcrübələrinizdən misallar gətirmək üçün bir az düşünün. Cavablarınızı əvvəlcədən planlaşdırsanız müsahibə suallarına daha asan cavab verə və öz gücünüzü və təcrübənizi daha yaxşı nümayiş etdirə bilərsiniz. Özünüzdən soruşun:
Müəyyən təcrübə ilə bağlı əsas çətinliklər hansılar idi?
Həmin problemləri yoluna qoymaq üçün necə davrandım?
Mənim fəaliyyətim və qərarlarımın nəticəsi nə idi?
Əgər eyni problemlərlə qarşılaşsam nəyi başqa cür edərdim?
Müsahibə davranışları
Müsahibə sizin necə işlədiyiniz və nələrə nail olduğunuzu nümayiş etdirmək üçün yaxşı bir imkandır.
Rahat olun və suallara səmimi cavab verin. Sualı başa düşmədikdə, müsahibə götürəndən sualı təkrar etməsini xahiş edin. Cavab verməyə tələsməyin. Bir az fikirləşin və öz iş yerinizdəki təcrübənizdən çoxlu nümunələr göstərin.

Bu eyni zamanda bu vəzifə barədə daha çox şey öyrənmək üçün bir imkandır. Vəzifənin hansı aspektləri barədə daha çox şey bilmək istədiyiniz barədə fikirləşin və sizdən müsahibə götürənlər üçün bir neçə sual hazırlayın. Bu sizə həmin vəzifənin sizin üçün uyğun olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.