Bölmə:Xəbərlər 518 dəfə oxunub
Sumqayıtda bir sıra məktəb direktorları tutduğu vəzifədən azad ediliblər. Sumqayıt şəhər 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, 27 saylı orta məktəbin direktoru Əlifxan Məmmədov, 40 saylı məktəbin direktoru Ofelya Quliyeva və “Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva postları ilə vidalaşmalı olublar.
Qeyd edək ki, direktorlar yaş senzinə görə işdən azad olunublar. Məlumat üçün bildirək ki, sözügedən məktəblərin direktorlarının yaş həddi 65-i keçib.
“Dövlət qulluğu haqqında” Qanundakı dəyişikliklərdə qeyd olunur ki, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
Görünən odur ki, onların müqavilələrinin müddətinin uzadılmamasına qərar verilib. xeberle.com