Rusiya bunu da etdi: Türkiyəli tələbələrə BƏD XƏBƏR | Təhsil Elanları
Rusiya bunu da etdi: Türkiyəli tələbələrə BƏD XƏBƏR
Bölmə:Xəbərlər 625 dəfə oxunub
28.11.2015

Rusiyada təhsil alan türkiyəli tələbələrin deportasiya olunacağı gözlənilir.
 
Bu barədə Rusiyanın Voronej şəhərində universitetdə təhsil alan S.K (şərti ad və soyad) adlı tələbə söyləyib.
 
O bildirib ki, universitet rəhbərliyi 2-7 dekabr tarixlərində türkiyəli tələbələrin ölkədən çıxarılacağını deyib:
 
"Bizdən sənədə qol çəkməyimizi tələb etdilər. Üstəlik də heç bir izahat vermədilər.7 tələbə imzaladı. Lakin 2-si imtina etdi. Bundan əlavə, bütün türkiyəli tələbələrin ünvanları öyrənilib. Çox güman ki, bizi deportasiya edəcəklər".
 
S.K onu da qeyd edib ki, şəhərdə yaşayan Türkiyə vətəndaşları qorxu içərsində yaşayır. (axar.az)