"WhatsApp" istifadəçiləri, YENİLİK var! | Təhsil Elanları
"WhatsApp" istifadəçiləri, YENİLİK var!
Bölmə:Xəbərlər 1013 dəfə oxunub
28.11.2015

"WhatsApp" yenilikləri ilə istifadəçilərini sevindirməyə davam edir. Belə ki, bu gün də qısa mesajlaşma şəbəkəsi yeni bir təkmilləşmə ilə istifadəçilərinin diqqətini üzərinə çəkib.

Tehsil.im Lent.az-a istinadən xəbər verir ki, bir çox sosial şəbəkələrin email adreslərində mövcud olan ulduzlu mesajlar artıq "WhatsApp"da da var.

Bu funksiyanın əsas hədəfi mesajlar arasında vacib, əsas olanları yadda saxlamaq, daha sonra istifadəçiyə xatırlatmaqdır. Bu funksiyanı istifadə etmək yollarına gəldikdə, hər hansı mesajın üstünə basıb saxladıqda, onun ulduzlanıb-ulduzlanmayacağı variantları istifadəçiyə təqdim ediləcək. Bundan əlavə, ulduzlu mesajların daha sonra, cəm halda oxunması üçün istifadəçilər "WhatsApp"ın söhbətlər bölməsindən, menyuya və ulduzlu mesajlar kateqoriyasına daxil olmaqla, xüsusi mesajları oxuya bilərlər.

Funksiyanı aktivləşdirmək üçün "WhatsApp"ı GooglePlay-dən yeniləmək lazımdır. Buna səbəb isə bu xüsusiyyətin hələlik yalnız "Android" əməliyyat sisteminin istifadəçiləri üçün təqdim edilməsidir.