İsmayıllıda velosiped zavodu - FOTOLAR | Təhsil Elanları
İsmayıllıda velosiped zavodu - FOTOLAR
Bölmə:Xəbərlər 515 dəfə oxunub
26.11.2015

Kənd təsərrüfatı bölgəsi olan İsmayıllıda sənayenin inkişafı istiqamətində son illər bir sıra layihələr reallaşdırılır.

Rayonun Diyallı kəndi yaxınlığında inşa edilən, regionda analoqu olmayan velosiped zavodunun tikintisi də bu layihələrdən biridir.

Bolqarıstan istehsalı olan əsas avadanlıqlar artıq rayona gətirilib. İstismara verildikdən sonra zavodda əsasən yerli sakinlər olmaqla, 120-150 nəfər çalışacaq. Bu məqsədlə onların bir qismi Bolqarıstandakı eyni tipli velosiped zavoduna təcrübə qazanmağa göndəriləcək.

Qeyd edək ki, zavodda hazırlanacaq müxtəlif markalı velosipedlər müasir texnologiya əsasında yüksək keyfiyyətlə buraxılacaq. Bu velosipedlər nəinki daxili tələbatı ödəmək, habelə ixrac üçün də nəzərdə tutulub.

Click to enlarge image 1z.jpg

Click to enlarge image 2z.jpg

Click to enlarge image zavod_velo1.jpg