Yeni Rabitə və Yüksək Texnologiyalar naziri bəlli oldu - iddia
Bölmə:Xəbərlər 780 dəfə oxunub
Bölmə:Xəbərlər 780 dəfə oxunub
25.11.2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni şəxs gətirilib. Bu barədə unikal.org-a etibarlı mənbə məlumat verib. Bildirilib ki, saat 12.00-a iclas çağırılıb. Toplantıda nazirliyə gətirilən Ramin Quluzadə kollektivə tədim olunacaq. Onun hələlik nazir əvəzi, qısa müddətdən sonra isə nazir təyin olucağı gözlənilir.
Məlumatlı şəxs onu da deyib ki, R.Quluzadə Maliyyə naziri Samir Şərifovun yaxın adamıdır və Neft Fondunda çalışıb.
Nazir müşaviri M.Əmirov da unikal.org-a deyib ki, saat 12.00-a toplantı çağırılıb.