Murad Dadaşov "Akademi PR Akademiyası"nda dərs keçdi - FOTOLAR | Təhsil Elanları
Murad Dadaşov "Akademi PR Akademiyası"nda dərs keçdi - FOTOLAR
Bölmə:Xəbərlər 358 dəfə oxunub
23.11.2015

"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company" nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası"nın növbəti təlimi keçirildi.

"PR Akademiya"nın bu dəfəki təlimçiləri "M Group" şirkətlər qrupunun rəhbəri, şoumen, ölkənin ən əsas produseri, layihələri, uğurları, səmimiyyəti və insanlığı ilə hər zaman örnək olan Murad Dadaşov, "Akademi Group" şirkətlər qrupunun rəhbəri Murad Ağalarov, "Akademi PR Akademiyası"nın rəhbəri, ölkənin PR üzrə ilk qadın eksperti "Nuranə Ağazadə" oldular. PR Akademiya təlimlərini başlayan gündən gəlişi arzulanan Murad Dadaşov PR Akademiya tələbələrinin xahişini nəzərə alıb təlimə gələrək, onları sevindirməklə yanaşı, uzun zaman yaddaşlarından silinməyəcək xüsusi təlimi keçdi. Gənclərə PR menecmentlə bağlı xüsusi təlim keçən Murad Dadaşov, onlara uğur qazanmağın sirlərini öyrədərək, növbəti təlim üçün şirkətinə və iş birliyinə dəvət etdi.

"Akademi PR Akademiyası"nın növbəti təlimin qonağı isə ölkənin yeganə Best Model of The World titulunun sahibi, "Dünyanın ən yaraşıqlı kişisi tituluna rəsmi şəkildə laiq görülmüş, uzun illər Amerikada fəaliyyət göstərən "Rüstəm Cəbrayılov" və ANS telekanalının "Xəbərsizsiniz" və "Ağıl dəryası" verlişlərinin aparıcısı Murad Əzimzadə olacaqlar. Onu da, qeyd edək ki, artıq "Akademi PR Akademiyası"nın qapıları "PR menecment" sahəsi üzrə təhsil almaq istəyən bütün tələbələrin üzünə açıldı.

Qeydiyyatdan keçmək üçün 055-546-63-97 nömrəsinə müraciət edə bilərsiniz.