Peşəkarlar PR Akademiyasında - Fotolar | Təhsil Elanları
Peşəkarlar PR Akademiyasında - Fotolar
Bölmə:Xəbərlər 391 dəfə oxunub
21.11.2015

"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company" nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası"nın növbəti təlimi keçirilib. Tehsil.im-in məlumatına görə, həmişəki kimi bu həftənin də qonaq təlimçiləri öz sahəsinin peşəkarları olub.

PR Akademiyanın bu dəfəki təlimçiləri "Akademi PR Akademiyası"nın rəhbəri, ölkənin PR üzrə ilk qadın eksperti Nuranə Ağazadə, "KEvents" şirkətlər qrupunun rəhbəri, ölkənin peşəkar produseri Kənan Bayramov və ASA Akademiyasının rəhbəri, ölkənin peşəkar jurnalistika təlimçisi İlhamə Novruzova olub.
 
"Akademi PR Akademiyası"nın rəhbəri Nuranə Ağazadə, tədbir iştirakçılarına "Akademi Group" şirkətlər qrupunun rəhbəri Murad Ağalarovun salamını çatdıraraq, artıq prakademiya.com saytının istifadəyə verilməsi, #prakademiya həştəqinin sosial şəbəkələrdə durmadan populyarlaşması və PR təlimlərinin gələcək mövzuları haqqında məlumat verib.
 
 
Röya Ayxan, Zamiq, Sevda Yəhyayeva və.s bu kimi tanınmış ulduzların PR və Produserlik fəaliyyətini etibar etdiyi, bir çox böyük konsert və tədbir layihələrinin təşkilatçısı "KEvents Group" şirkətinin rəhbəri Kənan Bayramov gənclərlə fəaliyyət zamanı düzgün iş qurulması və nəinki ölkəmizdə, eyni zamanda ölkədən kənar layihələrdə işləyəndə də, öz iş prinsiplərini qorumaq və peşəkar fəaliyyətlə məşğul olmaqla bağlı öz təcrübələrini bölüşüb.
 
 

"ASA Akademiyası"nın rəhbəri, jurnalistika sahəsində illərlə təcrübəsi olan, peşəkar jurnalist İlhamə Novruzova isə, Akademi PR Akademiyasının tələbələrinə "Natiqlik" təlimini keçərək, onlara düzgün danışıq və maraqlı təqdimatın sirlərini öyrədib.
 
 

Sabah "Akademi PR Akademiyası"nın növbəti təlimin qonağı isə "M Group" şirkətinin rəhbəri, Şoumen Murad Dadaşov olacaq. 
 
Onu da, qeyd edək ki, artıq "Akademi PR Akademiyası"nın qapıları "PR menecment" sahəsi üzrə təhsil almaq istəyən bütün tələbələrin üzünə açılıb.Ətraflı məlumat üçün 055-546-63-97 nömrəsinə müraciət edə bilərsiniz.