Market Araşdırma Təhlilçisi - “FINCA Azerbaijan” | Təhsil Elanları
Market Araşdırma Təhlilçisi - “FINCA Azerbaijan”
Bölmə:İş Elanları 875 dəfə oxunub
04.07.2014

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Marketinq Departamenti üçün Market Araşdırma Təhlilçisi vəzifəsinə işçi axtarışı elan edir.

Market Araşdırma Təhlilçisi “FINCA Azərbaycan”-ın cari məhsullarına dair trendlərin və istiqamətlərin, marketlərin müəyyənləşdirilməsinə, araşdırmaların aparılmasına, yeni məhsullar və market imkanlarına dair kəmiyyət və keyfiyyət təhlillərindən çıxış edərək tövsiyyələrin verilməsinə məsuliyyət daşıyır. Market Araşdırma Təhlilçisi mümkün araşdırmalar nəticəsində əldə olunan məlumatları toplayır, məlumatların emalı fəaliyyətinə rəhbərlik edir, eləcə də yazılı şəkildə ilkin araşdırmalar aparır, təhlillər, müsahibələr həyata keçirir və fokus-qruplar təşkil edir. Market Araşdırma Təhlilçisi birbaşa satış və marketinq fəaliyyətinə dəstək vermək üçün müxtəlif növ məlumatları toplayır və təhlil edir. Bundan başqa, bu vəzifə sahibləri rəqibləri müəyyənləşdirir və onlara nəzarət edir, marketin vəziyyətini və ya istehsalatda satışa ziyan vura biləcək market dəyişikliklərini tədqiq edirlər.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  • Araşdırma, təqdiqat sahəsində ən azı 1 il təcrübə,
  • Analiz və təşkilati bacarıqlar,
  • Ünsiyyət və təqdimat bacarıqları,
  • Kəmiyyət və keyfiyyət araşdırmaları vasitələrindən istifadə edərək analitik hesabatlar hazırlamaq,
  • Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək,
  • Ali təhsil,
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 16 İyul 2014-cü il tarixindən gec olmamaq şərtilə əsli recruitment@fincaazerbaijan.com , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 858687.