Bölmə:Təlimlər / Trainings 1035 dəfə oxunub
Əziz tələbələr!
İşə qəbul prosesində hər kəsin CV və müsahibə mərhələsində çətinliklərlə rastlaşdığını nəzərə alaraq İqtisadçı Gənclər Akademiyası olaraq sizlər üçün 21 noyabr tarixində "CV və Musahibə Mərhələsi" adlı təlim təşkil etməyi qərara aldıq.
Təlimdə öyrənəcəkləniz:
-CV-də buraxılan səhvlər
-Düzgün CV necə hazırlanmalıdır
-HR mütəxəssislərin fikir verdiyi əsas nöqtələr
-Müsahibə mərhələsində davranış qaydaları
Təlimin keçiriləcəyi məkan:
Azərbaycan Dövlət İqtisad Universitetinin Əsas Korpusu,411 otaq
Təlimin keçiriləcəyi vaxt:
21 Noyabr 14:00
Təlimçi:
Abid Səmədov
-Türkiyənin Mimar Sinan Universiteti və Bakı Slavyan Universitetində təhsil alıb.
-Türkiyədə 4 il boyunca ən nüfuzlu universitetə hazırlıq kurslarından birində təhsil üzrə konsultant olaraq çalışmışdır.
-Azinka İnsan Resursları və Karyera Mərkəzində işçi seçimi üzrə mütəxəssis, daha sonra isə direktor müavini vəzifələrində çalışıb.
-Fəaliyyəti müddətində yüzlərlə insanın iştirak etdiyi karyeranın planlaşdırılması ilə bağlı müxtəlif seminarların təşkilatçısı olub.
-Abid Səmədov hal-hazırda dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən LC Waikiki şirkətinin Azərbaycan ofisində İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışır.
Əlaqə nömrəsi:0553159900
Təlimdə iştirak ödənişsizdir.İştirak üçün qeydiyyatdan keçməyiniz lazımdır:https://docs.google.com/…/1L30JznaxSzXZXhm0vnmheGY…/viewform