Bakı 2015 Avropa Oyunlarında Könüllülər üçün İmkanlar | Təhsil Elanları
Bakı 2015 Avropa Oyunlarında Könüllülər üçün İmkanlar
Bölmə:İş Elanları 1317 dəfə oxunub
02.07.2014

Minlərlə səmimi, mehriban könüllülərin iştirakı olmadan Avropa Oyunlarının uğur qazanacağını təsəvvür etmək çətindir. Bu Oyunlar sizsiz baş verə bilməz. Könüllülər Oyunların güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün nadir bir mühitin yaradılmasına kömək edəcəklər.

Bakı 2015 Avropa Oyunları kimi böyük ölçülu və həcmli bir tədbirin həyata keçirilməsi üçün Oyunlar vaxtı qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi və ya media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi müxtəlif vəzifələr üçün 10,000-dən çox könüllütələb olunur.

Könüllülər təzə praktik təcrübə, bacarıq və qabiliyyət əldə etmək, dünyanı qəlbən salamlamaq və təzə dostlar qazanmaq istəyən gənc insanlar və ya ürəyi gənc insanlar olurlar. Azərbaycan dünyanın lap birinci Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə könüllülərin hər biri tarix yazılmasına kömək göstərəcəkdir.

Biz aşağıdakı keyfiyyətlərə malik olan könüllülər axtarırıq:

  • Mehribanlıq/xeyirxahlıq
  • Ehtiyac duyulan yerdə kömək etmək arzusu
  • Yaxşı ünsiyyət yaratmaq bacarığı
  • Diqqətini xidmətin yerinə yetirilməsinə yönəltmək qabiliyyəti
  • Xarici dillər ilə bağlı bilik
  • Komandada işləmək qabiliyyəti

Öz ərizənizi onlayn rejimində tamamlamaq yolu ilə Avropa Oyunlarının könüllüsünə çevrilmək istiqamətində ilk addımınızı atmaqla siz öz karyera tramplininizdə yeni bir pilləyə doğru irəliləyirsiniz. Təlim kursları ərzində siz yeni təcrübə və bilik əldə edəcəksiniz. O təcrübə və bilik ki, siz ondan ömür boyu istifadə edə və yararlana bilərsiniz. Oyunlarda işləmək sizə professional bacarıq və qabiliyyətinizi tətbiq etmək, dostluq və şəbəkələri inkişaf etdirmək imkanı verəcək və İngilis dili bacarıq və vərdişlərinizi tətbiq etmək şəraiti yaradacaq.

Oyunlar vaxtı fəaliyyət göstərən könüllülərə aşağıdakılar nəsib olacaq:

  • Keçmişə nəzər salaraq qürur hissi ilə xatırlayacağınız inanılmaz dərəcədə dəyərli təcrübə
  • Təzə dostlar qazanmaq və istedadlı bir komandanın üzvü olmaq imkanı
  • Bakı şəhərində bu vaxta qədər heç vaxt keçirilməmiş çoxlu idman növü əhatə olunan ən böyük yarışa öz təhfəsini vermək üçün ömründə bir dəfə yaranan imkan
  • Sizin Oyunlarda iştirakınız və eləcə də bir sıra digər müstəsna hədiyyələr qeyd olunan sertifikat
  • Rəsmi uniforma
  • İşləyərkən yeməklər və sərinləşdirici içkilər
  • Oyunlar vaxtının akkreditasiya kartı ilə ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı
  • Xüsusi mükafatlandırma tədbirlərinə dəvətlərQeydiyyatdan keçmək üçün LİNK daxil olun