“Birləşmiş Krallıqda təhsil” sərgisi | Təhsil Elanları
“Birləşmiş Krallıqda təhsil” sərgisi
Bölmə:Təqdimat və Sərgilər 1141 dəfə oxunub
08.11.2015

Noyabrın 7-də Bakıda “British Council” təşkilatı tərəfindən “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt, Təhsil Nazirliyinin nümayəndələri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin əməkdaşları, tələbələr və valideynlər iştirak ediblər.

E.Vayt bildirib ki, sərginin keçirilməsinin məqsədi gəncləri Birləşmiş Krallıq təhsilinin imkanları ilə daha yaxından tanış etmək, onlara Britaniyada təhsil almağa kömək göstərməkdir. Qeyd olunub ki, sərgi iştirakçıları İngiltərənin təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirəcək, düzgün ixtisas seçimi, təhsil və praktika perspektivləri, eləcə də viza və yerləşmə qaydaları ilə bağlı faydalı məsləhətlər alacaqlar.

Sərgi noyabrın 8-də də davam edəcək.