Bakı-Nyu-York-Bakı reysi 3 fərqli qiymətdə | Təhsil Elanları
Bakı-Nyu-York-Bakı reysi 3 fərqli qiymətdə
Bölmə:Xəbərlər 449 dəfə oxunub
06.11.2015

Noyabrın 7-dən etibarən “Azərbaycan Hava Yolları”-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək.  

“Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Tehsil.im xəbər verir ki, Bu reysin sərnişinlərinə 3 xidmət sinifi -  Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.    

“Azərbaycan Hava Yolları”-nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq  transatlantik test uçuşu həyata keçirmişdir və bu xəttin istismarı üçün bütün zəruri icazələri almışdır.

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olarhttp://www.azal.az/az/azal-miles).

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: 

+(99412) 598-88-80

*8880

e-mail:  callcenter@azal.az