Milli İnsan Resursları Forumu Azərbaycan 2015 - Azərbaycanda ilk dəfə | Təhsil Elanları
Milli İnsan Resursları Forumu Azərbaycan 2015 - Azərbaycanda ilk dəfə
Bölmə:Xəbərlər Elanlar 1692 dəfə oxunub
05.11.2015

Azərbaycanda bir ilk

İlk Milli İnsan Resursları Forumu Azərbaycan 2015

Azərbaycanda bu sahənin mütəxəssislərini və sahəyə marağı olan insanları bir araya yığmaq üçün hesabat və təcrübə mübadiləsi formatında keçiriləcək tədbir.

Peşəkar kadrlara ehtiyacın gündən günə daha da artdığı iqtisadi şəraitdə, ölkəmizdə İnsan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqləri kimi mövzuların haqqın yerli mütəxəssislərin öz təcrübələrini bölüşəcəyi İlk Milli İnsan Resursları Forumu (MİRF) keçiriləcəkdir.

Milli Insan Resursları Forumunun təşkilat komitəsinin ideyası əsasında, Facemark.az-ın media  dəstəyi ilə baş tutacaq Milli İnsan Resursları Forumu (MİRF) bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən keçirilir. Forumun əsas məqsədi insan resursları sahəsindəki yerli təcrübələrin paylaşılması, bu sahədə olan problemlərin ictimailəşdirilməsi və həlli üçün peşakar müzakirələrin təşkil olunmasıdır.

19 Dekabr 2015-ci il tarixində 1 günlük keçiriləcək forum, hər birində 1moderator, 4 spiker olan 3 paneldən ibarət olacaqdır. Foruma insan resursları sahəsində çalışan peşəkarlar, təlimçilər, tədris mərkəzləri işçiləri, bu sahə üzrə təhsil sistemi işçiləri və yeni çalışmağa başlayanlar və karyerasını bu sferada qurmağa marağı olanlar dəvətlidir.

Forumun twitter həştəqi  #mirf2015 olacaq. Həştəqi istifadə edərək forumdan əvvə və forum boyunca öz fikirlərinizi və suallarını bölüşə bilərsiniz.

Keçiriləcək tədbirin biletlərini 055-669-03-17 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Məkan: Ambassador Hotel Baku