“FİNCA Azerbaijan”dan yeni vakansiya! | Təhsil Elanları
“FİNCA Azerbaijan”dan yeni vakansiya!
Bölmə:İş Elanları 965 dəfə oxunub
02.07.2014

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Marketinq Departamenti üçün Market Araşdırma Təhlilçisi vəzifəsinə işçi axtarışı elan edir. Məlumat üçün bildirək ki, yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilərin ərizə ilə müraciət etməsi tövsiyyə olunur:

• Araşdırma, təqdiqat sahəsində ən azı 1 il təcrübə,
• Analiz və təşkilati bacarıqlar,
• Ünsiyyət və təqdimat bacarıqları,
• Kəmiyyət və keyfiyyət araşdırmaları vasitələrindən istifadə edərək analitik hesabatlar hazırlamaq,
• Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək,
• Ali təhsil,
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz tərcümeyi-halını (CV) 16 İyul 2014-cü il tarixindən gec olmamaq şərtilə, recruitment@fincaazerbaijan.com elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№385/14) qeyd etməklə göndərə bilər. Qeyd edək ki, vəzifənin adı email-in mövzu hissəsində mütləq şəkildə qeyd olunmalıdır. Əks təqdirdə, bu CV-lərin nəzərdən qaçma ehtimalı var.

Bundan əlavə, nazimədlər CV-ləri aşağıdakı ünvana təqdim etməklə də vakansiya üçün müraciət edə bilərlər:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 858687.