ASAN-dan növbəti asanlıq – xarici pasportlarla bağlı | Təhsil Elanları
ASAN-dan növbəti asanlıq – xarici pasportlarla bağlı
Bölmə:Xəbərlər 615 dəfə oxunub
03.11.2015

 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş  pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.  

Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.