BU 7 HOBBİ SİZİ DAHA DA İNKİŞAF ETDİRƏCƏK | Təhsil Elanları
BU 7 HOBBİ SİZİ DAHA DA İNKİŞAF ETDİRƏCƏK
Bölmə:Xəbərlər 981 dəfə oxunub
01.11.2015

Uzun illər insanların əvvəlcədən müəyyən olunmuş zəka ilə doğulduğuna inanılırdı. İnsanlar yalnız bacardığı iş ilə məşğul olmalı idi. Alimlər sübut etdi ki, biz öz potensialımızı inkişaf etdirərək hər bir işin öhdəsindən gələ bilərik. Biz indi bilirik ki, yeni bacarıqlar qazanmaqla beynimizin daha sürətli və yaxşı işləməsinə nail ola bilərik.

Aşağıda sizin zəkanızı inkişaf etdirəcək 7 hobbi sıralanmışdır:

  1. Hər hansı bir musiqi alətində ifa edin.

Musiqi ifası yaradıcılıq, analitik düşüncə tərzi, dil, riyaziyyat, texniki və s. bacarıqlarınızı inkişaf etdirəcək. Bunların hər biri əla imkandır, lakin, bəzi insanlar komanda oyunlarının daha effektiv olduğuna inanırlar. Qeyd etmək lazımdır ki, musiqi ifası beyin yarımkürələrini əhatə edən beyin qabığının inkişafında digər vasitələrdən qat-qat üstündür. İnkişaf etmiş beyin qabığı praktiki bacarıqlar, yaddaş, problemlərin həll olunması və sizin yaşınızdan asılı olmayaraq digər bütün məsələlərdə yardımçı olacaq.

 

 

2. Oxumaq

Oxumaq “Game of Thrones”, “Harry Potter”ə baxmaqdan və ya “The Wall Street” jurnalının axırıncı sayını vərəqləməkdən sizə daha çox qazanc gətirəcək. Oxumaq stressi azaldır, xoş hisslər bəxş etdirir və zəkanın hər üç növünü: kristal, maye və emosionalı inkişaf etdirməyə təkan verir. Bu sizə problemləri həll etmək, dünyagörüşünüzü genişləndirmək, nümunələri aşkara çıxarmaq və digər insanları başa düşməkdə kömək olacaq. İş fəaliyyətinizdə isə özünü yaxşı idarəçilik qabiliyyəti kimi əks etdirəcək.

 

 

  1. İdmanla məşğul olun.

Arabir idman etməyin heç bir xeyri yoxdur. Mütəmadi yüngül idman etmək gec-gec görülən ağır idmandan daha effektivdir. İdman edərkən hüceyrələrinizi BDNF proteini ilə zənginləşdirin. Bu protein yaddaş, öyrənmək qabiliyyəti, diqqət, konsentrasiya və dərk etmə kimi bacarıqları inkişaf etdirir. Bu bəzən zehni itilik də adlanır. Bəzi alimlər iş görərkən uzun müddətli oturaq vəziyyətin beynimizin fəaliyyətinə mane törətdiyini qeyd edirlər.

 

 

  1. Dil öyrənin.

Öz yaddaşınızı inkişaf etdirmək üçün pazl yığmaqdan əl çəkib yeni bir dil öyrənməyə başlayın. Tədqiqatlar sübut edir ki, iki dildə danışan insanlar bir dildə danışanlara nisbətən daha tez pazl yığırlar. Yeni bir dil öyrənmək zehni tapşırıqların həll olunmasına çox böyük köməklik göstərir. Bu zehni tapşırıqlara planlaşdırma və problemin həll olunması kimi adi praktiki bacarıqlar aid edilir. İki dil bilən insan öz qabiliyyətini daha rahat nümayiş etdirir və hadisələrə daha diqqətlə yanaşır. İnsanların fikrincə rəhbərlərin bir çoxu fransız və ispan dilini bilir. Əgər siz də yüksək pillələrə qalxmaq istəyirsinizsə bu dilləri öyrənin.

  1. Öyrəndiklərinizi yoxlayın.

Bir çox ali məktəb və kollec tələbəsi keçdiyi bütün mövzuları imtahan günü əzbərləyir. Lakin bu yollaəzbərlənənlər tez də yaddan çıxır. Dil öyrənməyin bizim zəkamızı inkişaf etdirməsinin əsas səbəbi hərtərəfli bilik tələb etməsidir. Biz təkrar-təkrar qrammatika və  lüğət bazasını öyrənirik. Əldə etdiyiniz bilikləri gündəlik həyata tətbiq edərək işinizi rahatlaşdırın. Oxuduğunuz kitablardan qeydlər götürün, vacib danışıqları müşahidə edin və ya hər an sizin üzərinizdə olan bir jurnal hazırlayın. Özünüzə uyğun öyrənmə proqramı seçin.

 

  1. Beyninizi işlədin.

Sudoku, pazl, nərd, kompyuter oyunları, kart və bu kimi başqa fəaliyyətlər sizin beyninizi inkişaf etdirəcək. Bu əsasən özünü sinir yolları və sinapsların inkişafında göstərir. Sinir hüceyrələri inkişaf etdikdə siz hər şeyə fərqli nöqteyi-nəzərdən yanaşıb, davranış və emosiyaların səbəblərini başa düşəcəksiniz. Görəcəksiniz ki, sizin əqli bacarıqlarınız inkişaf edib. Nəzərə alaq ki, nervoplastika tinnitus kimi zədələrin qarşısını alır və bunun miqdarının çox olması sizi bir çox pis nəticədən qoruyur. Nevroplastikası yüksək olan insanlar daha tez öyrənmək və daha çox məlumat yadda saxlamaqla narahatlıq və depressiyadan uzaq olurlar.

 

  1. Meditasiya edin.

1992-ci ildə Dalay Lama elmi işçi Riçard Davidsonu meditasiya zamanı öz beyin dalğalarını ölçmək üçün dəvət etmişdi. O iddia edirdi ki, meditasiya ilə məşğul olarkən xüsusi beyin dalğaları yayır. Həqiqətən də, Dalay Lama və onun rahibləri meditasiya ilə trans vəziyyətə keçir və beyin dalğaları çox fərqli şəkil alırdı. Tədqiqatın tamamı ilk olaraq Milli Elmlər Akademiyasının 2004-cü il buraxılışında, daha sonra isə “The Wall Street” jurnalında dərc olunmuşdur. Bu xəbər həddindən artıq diqqəti öz üzərinə çəkə bildi. Meditasiya öz beyin dalğalarını idarə etməkdə iddialı olan insanlar üçün maraqlı ola bilər. Bu güclü danışıqlar aparmaq, inamla irəliyə addımlamaq və satış zamanı inandırıcı olmağa kömək edəcək. Əsas fikir bir məqsəd seçərək beyninizi inkişaf etdirə biləcəyinizdir. Müxtəlif fəaliyyətlər beyninizin hər bir hissəsini işlədir. Nəticədə siz inanılmaz dərəcədə irəliləyiş qət edəcəksiniz. Beynin inkişaf etdirilməsi zirvədə olduğunu hiss edənlər, iddialı mütəxəssislər və əlbəttə ki, öz potensialını artırmaq istəyən sahibkarlar üçün yaxşı fikirdir.

mənbə:asankadr