Xaricdə oxuyanların nəzərinə! | Təhsil Elanları
Xaricdə oxuyanların nəzərinə!
Bölmə:Xaricdə Təhsil 732 dəfə oxunub
31.10.2015

Bu gündən etibarən nostrifikasiya prosedurundan keçmək üçün müraciət edən vətəndaşların təhsil sənədlərinə yalnız elektron formatda baxılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən (TN) məlumat evrilib.

Nazirlikdən bildirilib ki, həmin sənədlər elektron qaydada yükləndikdən sonra TN sənədlərin formal tələblərə cavab verib-vermədiyini müəyyənləşdirir. Düzgün formatda yüklənmiş sənədlər barədə "İcraata götürülmüşdür" qeydi yazılır.

Formal tələblərə cavab verməyən sənədlər rədd edilənlər bölməsinə atılır. Vətəndaşların qeyd edilənlər barədə məlumat alması, həmçinin sənədlərin icrasını izləməsi məqsədi ilə onlara verilmiş kodlar vasitəsi ilə mütəmadi hesablarını yoxlamaları tövsiyə olunur.