Wi-fi kodu sındırılan vətəndaşlar, - bu yazını mütləq oxuyun - VİDEO | Təhsil Elanları
Wi-fi kodu sındırılan vətəndaşlar, - bu yazını mütləq oxuyun - VİDEO
Bölmə:Xəbərlər 1928 dəfə oxunub
28.10.2015

Vay-fay kodunun sındırılması adi hal olub. İndi hamı bu olaydan şikayətçidir. Öz qonşusuna könüllü kodu deməyənlər, bir də ona gözünü açır kodunu bütün qonşular bilir. Bəz nə etməli. Əməkdaşımız Mahmud Rövşənoğlu bu mövzuda bilgiləndirici süjet hazırlayıb. Evdə vay-fayı olanlar diqqətiniz bizdə olsun. 

İndi bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi wi-fi kodlarının sındırılmasıdır.  Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan wi-fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Lakin "wi-fi" istifadəçilərinin sayı artdıqca internetin sürəti də azalır.    

Wi-fi kodu sındırılan vətəndaşlar, diqqətiniz bizdə olsun. Proqramçı bu hallardan sığortalanmanın yollarını izah edir:

Öz şəxsi modeminizi götürürsüz, onun arxasında qeyd olunur ip adresi və onun parolu, brauzerdə, xrom opera mozila və s. kimi brauzerlərdən daxil olub, öz ip adresinizi daxil edirsiz 192,168,11 daxil olandan sonra ora parol bölməsi gəlir, admin admin qeyd edirsiz, qeyd etdikdən sonra brodkasta daxil olub, varelesdən brodcastı no rejiminə keçirdirsiz, keçirtdikdən sonra, orda mak adreslər qeyd olunur, və hansıkı cihazı işlədirsiz, həmin cihazın mak adresini götürüb bura qeyd edirsiz, göstərilən adreslərə, qeyd olunandan sonra isə yalnız bu adreslərnən wi-fi -a giriş edə bilərsiz.      

Rabitə və yüksək texnologiyalar nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyir ki, bu cür halların baş verməməsi üçün ilk növbədə wi-fi kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda təhlükə qaçılmazdır.

Qeyd edək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlardan Rabitə və yüksək texnologiyalar nazirliyin 1654 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin. atv.az