Bölmə:Dövlət qulluğu 5048 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 28 oktyabr 2015-ci il tarixdən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilmişdir.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 91-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:
- dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
- qanunvericilik sahəsində - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 28 oktyabr 2015-ci il tarixdən 26 noyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.
Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 28 oktyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilmişdir.
Qeyd edək ki, Komissiya 06, 14, 28 avqust, 11, 18 sentyabr və 01 oktyabr 2015-ci il tarixlərdə də müsabiqə elan etmişdir.
14 avqustda 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqə üzrə 6439 nəfər qeydiyyatdan keçmişdir. Müsabiqənin test imtahanı mərhələsi 23 sentyabr tarixdən başlamışdır. Bu günə kimi test imtahanı mərhələsində iştirak edən 3224 namizəddən 914-ü uğur qazanmışdır. Bu müsabiqə üzrə test imtahanları davam edir.
3 noyabr 2015-ci il tarixdə elan edilmiş MÜSABİQƏ
(SƏNƏD QƏBULU 02 DEKABR 2015-Cİ İL TARİXİNDƏ BAŞA ÇATACAQDIR)
- Elanlar
- Sənəd qəbulu və müsabiqə vəziyyəti
3 noyabr 2015-ci il tarixdə elan edilmiş ÜMUMİ MÜSAHİBƏ
(SƏNƏD QƏBULU 23 NOYABR 2015-Cİ İL TARİXİNDƏ BAŞA ÇATACAQDIR)
- Elanlar
- Sənəd qəbulu və müsabiqə vəziyyəti
28 oktyabr 2015-ci il tarixdə elan edilmiş MÜSABİQƏ
(SƏNƏD QƏBULU 26 NOYABR 2015-Cİ İL TARİXİNDƏ BAŞA ÇATACAQDIR)
- Elanlar
- Sənəd qəbulu və müsabiqə vəziyyəti