"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur | Təhsil Elanları
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur
Bölmə:Təhsil Nazirliyi Xaricdə Təhsil 1512 dəfə oxunub
12.05.2014

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na (http://xaricdetehsil.edu.gov.az/c-dphaqqinda/universitetler/) və "prioritet ixtisas istiqamətləri"nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na (http://xaricdetehsil.edu.gov.az/index.php) müsabiqə elan olunur.

Müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz.

http://xaricdetehsil.edu.gov.az/uploads/elan2014.pdf