Bəzi universitetlər Mingəçevirə köçürülə bilər | Təhsil Elanları
Bəzi universitetlər Mingəçevirə köçürülə bilər
Bölmə:Xəbərlər 491 dəfə oxunub
14.10.2015

Azərbaycanda bir neçə universitetin paytaxtdan Mingeçivirə köçürülməsi təklif olunur.
 
AzVision.az xəbər verir ki, bu təkliflə həmin şəhərdən seçilən deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edib.
 
Deputat Mingəçevirdə hərbi lisey açılmasının da məqsədəuyğun olduğunu vurğulayıb.
 
Daha sonra A.Mirzəzadə təhsil krediti məsələsinə toxunub. O, bildirib ki, hazırda on minlərlə gəncin təhsil kreditinə ehtiyacı var və bu istiqamətdə hökumətin müəyyən tədbirlər atması vacibdir. 
 
Daha sonra çıxış edən deputat Qənirə Paşayeva da çıxışında sərhəd kəndlərində sahibkarlara vergi güzəştlərinin təbiq edilməsi təkllifi ilə çıxış edib. Həmçinin millət vəkili seçildiyi Tovuz rayonunda olan bir sıra sosial problemlərdən danışıb.