Tələbələr üçün 1000 manatlıq Təqaüd proqramı | Təhsil Elanları
Tələbələr üçün 1000 manatlıq Təqaüd proqramı
Bölmə:Təqaüdlər 2757 dəfə oxunub
12.10.2015

Mehriban Ürək Fondu Mirvari Fondu ilə birgə azərbaycanlı tələbələr üçün Təqaüd Proqramı elan edir.
 
Bu proqramın məqsədi az imkanlı ailələrdən olan gənclərin ictimai iş qarşılığında
universitet təhsillərinə yardım etməkdir. Azərbaycan universitetlərində bakalavr təhsili alan və maddi imkanı aşağı olan bütün tələbələr proqrama müraciət edə bilərlər.
Təqaüd qalibləri yüksək akademik göstəriciləri, maddi ehtiyacları və gələcəkdə cəmiyyətə töhfə vermək potensialları əsasında seçiləcəklər. Təqaüdçülər eyni zamanda öz icmalarının inkişafına kömək edəcək könüllülük layihəsi tərtib edib onu həyata keçirməlidirlər. İctimai layihələrə misal olaraq məktəblilərə hansısa dərslər keçmək, kitab klubu yaratmaq, xarici dil söhbət klubu başlamaq, yaxud idman və ya digər yönümlü layihələr nəzərdə tutulur. Bu cür layihələri təqaüdçülərin öz rayon, kənd və ya qəsəbələrində keçirməyinə üstünlük veririk. Hər bir qalib 1000 AZN (təxminən 1000$) məbləğində təqaüd alacaq. Bu təqaüd məbləği Azərbaycanda və ya xaricdə yaşayan əliaçıq azərbaycanlılar arasında toplanıb. Təqaüdçülər aldıqları məbləği universitetlə bağlı xərclərini ödəmək, məsələn, təhsil haqqı, kitablar və ya kompüter alışı, gündəlik yaşayış xərcləri üçün istifadə etməlidirlər.
Təqaüdün Şərtləri:
• Müraciət edən tələbə Azərbaycan vətəndaşı olmalıdır;
• Hal-hazırda Azərbaycandakı hansısa dövlət və ya özəl universitetdə əyani bakalavr təhsili
almaqda olmalıdır.
Aşağıda göstərilən şərtlərin bir və ya bir neçəsinə uyğun tələbələrə üstünlükveriləcək:
• Akademik mükəmməllik – qiymət ortalamasının yüksək olması
• Azərbaycanın rayonlarından/kəndlərindən olan tələbələr
• Aşağı imkanlı ailədən gələnlər
• Bir və ya hər iki valideynin vəfatı və ya əlilliyi
• Təbii və ya texniki fənlər üzrə tədris (riyaziyyat, fizika, mühəndislik, kompüter elmləri və s.)
və ya incəsənət (musiqi, rəsm və s.)
 

Aşağıda göstərilən şərtlərin bir və ya bir neçəsinə uyğun tələbələrə üstünlük veriləcək:
• Akademik mükəmməllik – qiymət ortalamasının yüksək olması
• Azərbaycanın rayonlarından/kəndlərindən olan tələbələr
• Aşağı imkanlı ailədən gələnlər
• Bir və ya hər iki valideynin vəfatı və ya əlilliyi
• Təbii və ya texniki fənlər üzrə tədris (riyaziyyat, fizika, mühəndislik, kompüter elmləri və s.)
və ya incəsənət (musiqi, rəsm və s.)
 
Müraciət üçün lazım olan sənədlər (bunların hər hansı biri çatışmadığı halda müraciətə
baxılmayacaq):
• Şəxsiyyət vəsiqəsinin skan edilmiş versiyası
• TQDK qəbul balı
• Universitetdə tələbə olmaq haqda arayış
• Tələbənin aldığı qiymətlər cədvəli (2-ci kurs və yuxarı tələbələr)
• Detallı CV (liderlik, təşkilati və könüllülük işlərinin ətraflı göstərilməsinə üstünlük verilir)
• Aşağıdakı suallara cavab verən bir səhifəlik inşa:
- Nəyə görə bu ixtisası seçmisən?
- Bu ixtisas üzrə nə cür karyera qurmaq istəyirsən?
- Nəyə görə təqaüdü sən qazanmalısan?
• Keçirəcəyin ictimai/könüllülük layihəsi ilə bağlı 2 səhifəlik təklif planı (konkret işlər, hədəf
qrupu, keçiriləcəyi yer, gözlənilən nəticə, təşkilati detallar və s.)
• 2 məktəb və ya universitet müəllimindən tələbənin akademik bilikləri, liderlik xüsusiyyətləri
və gələcək inkişaf potensialını izah edən tövsiyyə məktubu
• Akademik nailiyyətləri göstərən başqa sənədlər (olimpiadalarda iştirak, sertifikatlar,
medallar və s)
• Mümkünsə, maddi imkansızlığı göstərən sənəd (məs. Valideynin əlilliyi və ya işsizliyi və
ya valideynin iş yerindən arayış)
Sənədlər Azərbaycan və ya ingilis dillərində göndərilə bilər. Yuxarıda göstərilən bütün sənədlərin
göndərilməsi üçün son tarix 31 Oktyabrdır. Gecikmiş və ya yarımçıq müraciətlərə baxılmayacaq.
Yarı-finalda qalib olan tələbələr müsahibəyə dəvət olunacaqlar.
Sənədləri ünvanına yollaya bilərsiniz. Hər hansı sualınız olduğu
təqdirdə emaillə bizə müraciət edə bilərsiniz.
Mehriban Ürək və Mirvari Fondları ABŞ-da qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarıdır.
Hər ikisi əliaçıq şəxslərin ianələrindən dəstək alıb könüllülər tərəfindən idarə olunurlar