Ali məktəbdə altı dekan işdən çıxarıldı | Təhsil Elanları
Ali məktəbdə altı dekan işdən çıxarıldı
Bölmə:Xəbərlər 611 dəfə oxunub
06.10.2015

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Keçmiş Azərbaycan Dövlət Neft Akademiyası - red.) 6 dekanı vəzifədən azad edilib.
 
APA-nın xəbərinə görə, vəzifədən azad edilənlər Geoloji kəşfiyyat fakültəsinin dekanı Mayis Babayev, Qaz-neft-mədən fakültəsinin dekanı Vahid Mustafayev, Kimya texnologiya fakültəsinin dekanı Elxan Axundov, Neft mexanika fakültəsinin dekanı Sakit Abbasov, Energetika fakültəsinin dekanı Yusif Cəbiyev, İstehsalat proseslərinin avtomatlaşdırılması və İqtisadiyyat fakültəsinin dekanı Ramiz Allahverdiyev və beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin dekanı Azad Əliyevdir.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən faktı APA-ya təsdiq ediblər. Universitetdən dekanların vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Bildirilib ki, müvafiq əmrlə müvəqqəti icraçı dekanlar təyin olunublar.
 
Artıq Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan vakant dekan vəzifələrini tutmaq üçün müsabiqə də elan edib.