Az işləyib çox qazanan ölkələr | Təhsil Elanları
Az işləyib çox qazanan ölkələr
Bölmə:Xəbərlər 987 dəfə oxunub
29.09.2015

Ən az işləyən ölkələr

CNNMoney saytı dünyada ən az həftəlik iş saatlarına malik ölkələri sıralayıb. "Marja" həmin ölkələri təqdim edir.

10- İtaliya

İtaliyada işçilər həftədə 36 saat çalışırlar. İtalyanların illik orta qazancı isə 34 min dollardır.

9- Avstraliya

Avstraliyada işçilər həftədə 36 saat çalışır. İldə isə orta hesabla 45 min dollar qazanırlar.

8- İsveç

İsveçdə işçilər həftədə 36 saat çalışır. İldə isə orta hesabla 38 min dollar qazanırlar.

7- Belçika

Belçikada işçilər həftədə 35 saat çalışır. İllik orta qazanc 44 min dollardır.

6- İsveçrə

İsveçrədə də həftəlik iş saatı 35 satdır. İsveçrəlilər ildə orta hesabla 50 min dollar qazanırlar.

5- Almaniya

Almaniyada orta həftəlik iş saatı 35 saatdır. Almanlar ildə orta hesabla 40 min dollar qazanırlar.

4- İrlandiya

Orta hesabla həftəlik iş saatı 34 saatdır. İrlandiyalıların illik orta qazancı isə 51 min dollardır.

3- Norveç

Orta həftəlik iş saatı 33-dür. Norveçlilər ildə orta hesabla 44 min dollar qazanırlar.

2-Danimarka

Danimarkada həftəlik iş saatı 33 saatdır. Ölkədə illik orta qazanc 46 min dollardır.

1- Hollandiya

Hollandiyada orta həftəlik iş saatı 29 saatdır. Hollandiyalıların illik orta əməkhaqıları isə 47 min dollardır.