İqtisad Universitetində struktur dəyişikliyi olub | Təhsil Elanları
İqtisad Universitetində struktur dəyişikliyi olub
Bölmə:Xəbərlər 682 dəfə oxunub
22.09.2015

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.

Universitetin mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, Elmi Şurada qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.

“Maliyyə” və “Uçot-iqtisad” fakültələri birləşdirilərək, “Maliyyə və mühasibat” fakültəsi yaradılıb.

“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları birləşdirilərək, “İstehlak mallarının ekspertizası” kafedrası yaradılıb.

UNEC-in “İqtisadi nəzəriyyə 1” kafedrasının adı dəyişdirilərək, “İqtisadi nəzəriyyə”, “İqtisadi nəzəriyyə 2” kafedrasının adı isə “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılıb.

Bundan başqa, “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilərək, “Humanitar fənnlər” kafedrası yaradılıb.