Avropa Şəhərciyi Eurovillage 2015 - Sərgi | Təhsil Elanları
Avropa Şəhərciyi Eurovillage 2015 - Sərgi
Bölmə:Təqdimat və Sərgilər 1249 dəfə oxunub
17.09.2015

Avropa İttifaqı Bakı sakinlərini "Avropa Şəhərciyi 2015” tədbirinə dəvət edir! Artıq 3-cü ildir ki, təşkil olunan bu tədbirdə Siz Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış olmaq, müxtəlif oyunlarda iştirak etmək və əylənmək imkanı əldə edəcəksiniz. 

Balacadan böyüyə, ələncə və pozitiv dolu bir gün keçirmək istəyən hər kəsi 19 Sentyabr tarixində İçəri Şəhər, Qoşa Qala Qapısında gözləyirik! 

Dostlarınızı da gətirməyi unutmayın. 

Giriş sərbəstdir. 

PROQRAM 
11:00 - Açılış

12:00-18:00 - Əyləncəli hissə 
* Sehirli şou (Anar Əliyev, Azərbaycan)
* Pizza fırlatma şousu (Pasqualino Barbasso, İtaliya) 
* Alman rəqsləri (… nümayiş) 
* Yunan rəqsləri
* Karaoke 
* Muzey turu
* Face Art 
* Çoxlu oyunlar və viktorinalar

Axşam konserti 
18:30 - Klapa More (Xorvatiya)
19:00 - Peatbog Faeries (Birləşmiş Krallıq)