700 bal toplayan tələbələr bu ixtisasları seçib | Təhsil Elanları
700 bal toplayan tələbələr bu ixtisasları seçib
Bölmə:Tələbə qəbulu 1185 dəfə oxunub
06.08.2015

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlərin ixtisas semini avqustun 11-də başa çatacaq.

Tehsil.im-ın modern.az-a istinadən xəbərinə görə, bu il qəbul imtahanlarında 700 bal toplamış abituriyentlər hansı ixtisası seçdiklərini açıqlayıblar.

Lalə Novruzova 3-cü qrup üzrə maksimum nəticə göstərərək Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini seçib.

Nurlan Məcidov da elektron ərizəsini təsdiq edib. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçib.

Nihad Abbasov artıq kodlaşdırmanı edib. Onun seçimi Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasıdır.

Əli İsgəndərov hələ ixtisas seçimini etmədiyini, ADA universitetinin Beynəlxalq münasibətlər ixtisasını istədiyini bildirib, ADA universitetindəki “açıq qapı “ gününün nəticəsi müsbət olacağı halda seçiminin ora olacağını qeyd edib.

Elçin Qasımov ixtisas seçimini hələ etmədiyini, bir az da fikirləşmək istədiyini söyləyib.

İbrahim Əhmədov hələ kodlaşdırmanı etmədiyini, ADA universitetinin Beynəlxalq münasibətlər ixtisasını seçəcəyini söyləyib.

Nərmin Əliyeva ADA universitetinin Kompüter mühəndisliyi ixtisasını seçib.

Xəyalə Əfəndiyeva kodlaşdırmanı etdiyini, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini seçdiyini söyləyib.

Kamran Abdulrəhimov elektron ərizəsini təsdiq edərək, BDU-nun Hüquq fakültəsini seçib.

Arzu Həsənli hələ ixtisas seçimini etmədiyini, lakin Bakı Ali Neft məktəbində təhsil almaq istədiyini söyləyib.

Asya Mahmudova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçib.

İsa Məmmədli ərizəsini təsdiq edərək, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasını seçib.

Firuz Abduyevin seçimi Qafqaz Universitetinin Kompüter mühəndisliyi ixtisası olub.

Teymur İsmixanov ADA universitetinin Kompüter elmləri ixtisasını seçib.