700 bal toplayan abituriyentləri tanıyın - VİDEO | Təhsil Elanları
700 bal toplayan abituriyentləri tanıyın - VİDEO
Bölmə:Tələbə qəbulu 761 dəfə oxunub
28.07.2015

İyulun 25-də 2-ci və 3 - cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.Beləliklə müsabiqədə bütün ixtisas qrupları üzrə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.İxtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.Yeri gəlmişkən sonuncu imtahanda üçü 2-ci ixtisas qrupu üzrə , üçü də 3-cü ixtisas qrupu üzrə olmaqla, 6 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayıb. Bu gün sizi onlarda ikisi ilə tanış edəcəyik. 

Quhum , qonşu , dost , tanış...Hər kəs Xəyaləni təbrik etmək üçün axışır...Səbəb onun ali məktəblərə qəbul imtahanda ən tüyüksək nəticə - 700 bal toplamasıdır...

Qəbələnin Vəndam qəsəbəsində 3 nömrəli məktəbi bitirmiş Xəyalə Əfəndiyeva uşaqlıqdan hüquqşünas olmaq arzusu ilə yaşayır.... Gecə,gündüz , hətta şam işığı ilə dərslərini oxuyub....Arzusuna olan sevgisi ona güc verib...

Maddi cəhəddən ən böyük yük elə Xəyalənin valideyinlərinə düşüb. Regionda yaşayaraq , övladının təhsili üçün böyük zəhmət çəkən atası Rəvan Əfəndiyev ,' bütün bu çətinliklərə dözməyə dəyərdi ' , deyir.

İbrahim Əhmədov da bu günün qəhrəmanlarındandır. O, da 700 bal toplayıb. Amma nəticələri öyrənərkən , özünü itirir, fikri - zikri ondan da həyacanlı olan anasına gedir.

İbrahim elə 1-ci sinifdən başlayaraq bütün dərslərə həvəs və məsuliyyətlə yanaşıb...Ona yalnız 11 ci sinifdə , formal olaraq əlavə müəllim tutulub....

Ali təhsilini ADA-da almaq arzusunda olan İbrahimin bacısının təssüratı xüsusi diqqət cəlb edir... (Xəzər xəbər)