İxtisas seçimi başlayıb | Təhsil Elanları
İxtisas seçimi başlayıb
Bölmə:Tələbə qəbulu 793 dəfə oxunub
08.07.2015

İxtisas seçimi başlayıb

Ümumi ( 9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb. Həmin abituriyentlər 21 iyul saat 23:59-a kimi TQDK-nın internet saytındahttps://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Qeyd edəki ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər