I və IV qrup üzrə sənəd verən abituriyentlərin nəzərinə! | Təhsil Elanları
I və IV qrup üzrə sənəd verən abituriyentlərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 719 dəfə oxunub
07.07.2015

14 iyul tarixində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahanda (cari ilin məzunları - I və IV qrup) iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün abituriyentlər elektron ərizə təqdim edən zaman istifadə etdikləri iş və şifrdən istifadə etməkləhttps://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkinə daxil olmalı və buraxılış vərəqəsini çap etməlidirlər.
Əgər kimsə iş nömrəsi və ya şifri unudubsa, onu təkrar əldə edə bilər. Bunun üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.
Diqqət! İş nömrəsi, şifr və kodu daxil edib “Daxil ol” düyməsini basdıqdan sonra buraxılış vərəqəsi uzun müddət ekranda təsvir olunmursa, onda siz buraxılış vərəqəsini digər brauzer (əsasən “İnternet Explorer” və ya “Mozilla Firefox” brauzerləri tövsiyyə olunur) vasitəsi ilə və ya digər kompüterdə çap edin.