Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu elanı | Təhsil Elanları
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu elanı
Bölmə:Tələbə qəbulu 913 dəfə oxunub
07.07.2015

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015/2016-cı tədris ili üçünMüalicə işi ixtisası üzrə (peşəsi – həkim, rus bölməsi) tələbə qəbulu elan edir:

Plan yeri: - 100

Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupu üzrə keçirdiyi test imthanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Tədris rus dilindədir. Müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün  birgə aparılır.
Qəbul imtahanı aşağıdakı fənlər üzrə aparılacaq:
- rus dili (testlə)
- kimya (testlə)

 

Müsabiqə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul Komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. TQDK tərəfindən keçirilən test imtahanının nəticəsi haqqında arayış;
  2. Tam orta təhsil haqqında sənədin əsli (attestat);
  3. Şəxsiyyət vəsiqəsi;
  4. Oğlanlar üçün çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
  5. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil.

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər. 
Filialın tədris fəaliyyəti İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir.
Tədris, əsasən, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək. 
Filialın məzunlarına İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.

Sənəd qəbulunun müddəti: 21.07.2015 və 22.07.2015 saat 10.00-18.00

 Sınaq imtahanları və məsləhət saatlarının keçirilmə qrafiki

Fənn

Məsləhət

Imtahan

Nəticələrin elanı

Rus dili

22.07.2015

23.07.2015

24.07.2015

Kimya

24.07.015

25.07.2015

26.07.2015

Qəbul imtahanlarının proqramları və fənlər üzrə testlərinin nümunələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.mma.ru/education/pocty/pkur/progran/

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6(AzərbaycanDövlətİqtisad
Universitetinəsasbinası)

Əlaqə telefonu:Moskvada +7 (499) 248-17-88 ; +7(495) 609-14-00;
Bakıda146; +(994) 12- 492-25-06.

Email: filial.baku@yandex.ru