Təhsil nazirliyi vakant yerlərin axtarışına çıxdı | Təhsil Elanları
Təhsil nazirliyi vakant yerlərin axtarışına çıxdı
Bölmə:Təhsil Nazirliyi 1088 dəfə oxunub
01.07.2015

Təhsil Nazirliyi rayon, şəhər təhsil şöbələri, eyni zamanda, məktəb rəhbərlərinin vakant müəllim yerlərini gizlətməsinin qarşısını almaq üçün yeni tədbir həyata keçirməyə başlayıb.

Artıq Təhsil Nazirliyi vakant yerlər haqqında məlumat alarkən yalnız hansısa bir məktəbdə nə qədər dərs saatının olması barədə deyil, məktəbdəki pedaqoji heyətin ümumi dərs yükü, müəllimlərin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatları alır. Buna görə də məktəb direktorunun vakant yeri gizlətməsi mümkünsüz olur. Qeyd edək ki, müəllimlərin işə müvəqqəti təyin olunması rayon, şəhər təhsil şöbələrinin səlahiyyətindədir. Sadəcə olaraq, indiyədək nazirlik bu barədə məlumatı müvafiq perioddan bir statistik hesabat şəklində alırdı. Ancaq yeni qaydalara görə, bu ildən müvafiq rayon təhsil şöbəsi bütün müvəqqəti təyin olmalar, müddətli əvəzçiliklə təyin olmalar haqqında məlumatları 5 iş günü ərzində nazirliyin elektron sisteminə yerləşdirməlidir. Belə olan halda gizlədilən vakant yer, hətta müsabiqə üçün təqdim olunmasa belə, yaxud məktəb direktorunun həmin yerə kimisə işə götürməsi sentyabr ayında üzə çıxacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ilindən etibarən bu tipli hallara qarşı cəzalandırma tədbirləri də nəzərdə tutulub.

ATV.az